Finlandiyanın XİN rəhbəri ölkənin NATO-ya daxil olmasını istisna etməyib

Finlandiyanın XİN rəhbəri ölkənin NATO-ya daxil olmasını istisna etməyib Timo Soyni: "Rusiya tərəfindən təhlükələr hiss etmir və heç nədən qorxmuruq"
Digər ölkələr
20 Oktyabr , 2017 06:25
Finlandiyanın XİN rəhbəri ölkənin NATO-ya daxil olmasını istisna etməyib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Finlandiyanın Xarici İşlər Nazirliyinin başçısı Timo Soyni bildirib ki, ölkə NATO-ya daxil olmağı istisna etmir.

"Report"un məlumatına görə, bu haqda o, "Kommersant'" qəzetinə müsahibəsində deyib.

Nazir həmçinin vurğulayıb ki, Helsinki Rusiya tərəfindən təhlükə görmür.

"Finlandiya Rusiya tərəfindən təhlükələr hiss etmir və heç nədən qorxmur. Düşünürəm, bu ümumi fikirdir. Amma bizim xarici siyasətimiz hamıyla, hər şeydən əvvəl qonşularımızla yaxşı münasibətləri dəstəkləməkdən ibarətdir. Bu halda biz Avropa Birliyinin üzvüyük, BMT, Şimal Şurası, NATO-la əməkdaşlığımız və s. var", - deyə Soyni əlavə edib.

Xarici İşlər Nazirliyinin başçısı əlavə edib ki, ölkə NATO-ya daxil olmaq imkanını güman edir.

"Biz NATO-da giriş imkanını istisna etməməliyik. İstənilən ölkə belə imkana malik olmalıdır və buna görə bizim üçün açıq qapı siyasəti əhəmiyyətlidir. Amma Finlandiyanın indiki hökumətinin mövqeyi belədir ki, bunu qeyri-aktual hesab edirik", - deyə Soyni qeyd edib. 

Son xəbərlər

Orphus sistemi