Finlandiya Avropa İttifaqı Şurasındakı sədrliyinin hədəflərini açıqlayıb

Finlandiya Avropa İttifaqı Şurasındakı sədrliyinin hədəflərini açıqlayıb İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə, Avropa İttifaqının (Aİ) müştərək dəyərlərinin bərqərar olması, insanların təhlükəsizliyi və qanunun aliliyi Finlandiyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin öncül hədəfləridir.
Digər ölkələr
17 İyul , 2019 14:40
Finlandiya Avropa İttifaqı Şurasındakı sədrliyinin hədəflərini açıqlayıb

"İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizə, Avropa İttifaqının (Aİ) müştərək dəyərlərinin bərqərar olması, insanların təhlükəsizliyi və qanunun aliliyi Finlandiyanın Avropa İttifaqı Şurasındakı sədrliyinin öncül hədəfləridir".

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentində çıxışı zamanı Finlandiyanın Baş naziri Antti Rinne bildirib.

İqlim dəyişikliyinin fəsadları məsələsində Aİ-nin 2050-ci ilədək karbon neytrallığına, yəni havaya karbon dioksid buraxılmasının sıfırlanmasına nail olmaq hədəfinin qarşıya qoyulduğu vurğulanıb.

“Əsas məqsədimiz 2019-cu ilin sonunadək bu planın əsas müddəalarına dair razılıq əldə etməkdir”, – baş nazir deyib.

O, bu yöndə qərarlarda “sosial dayanıqlığ”ın təmin olunmasının vacibliyini diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi