Filippin güclü qasırğaya məruz qalıb

Filippin güclü qasırğaya məruz qalıb Qasırğanın mərkəzində küləyin gücünün 250 km/s təşkil etdiyi bildirilir.
Digər ölkələr
18 Oktyabr , 2015 13:06
Filippin güclü qasırğaya məruz qalıb

Баку. 18 октября. REPORT.AZ/ Bu gün səhər Filippin adaları güclü "Koppu" qasırğasına məruz qalıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, ölkənin ən böyük adası olan Lusonda 10 mindən çox insan təhlükəsiz bölgələrə təxliyyə edilib.

Təyyarə reysləri və bərələrin fəaliyyəti dayandırılıb.

Qasırğanın mərkəzində küləyin gücünün 250 km/s təşkil etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi