​Filippindəki prezident seçkilərində Rodriqo Duterte topladığı səslərin sayına görə liderdir

​Filippindəki prezident seçkilərində Rodriqo Duterte topladığı səslərin sayına görə liderdir İndiyədək sayılmış bülletenlərin 90 faizinə əsasən o, seçicilərin 39 faiz səsini toplayıb.
Digər ölkələr
10 May , 2016 06:28
​Filippindəki prezident seçkilərində Rodriqo Duterte topladığı səslərin sayına görə liderdir

Bakı. 10 may. REPORT.AZ / Filippində keçirilmiş prezident seçkilərinin nəticələrinə görə, ölkənin 71 yaşlı məşhur siyasətçisi Rodriqo Duterte topladığı səslərin sayına görə lider olub. "Report" xəbər verir ki, səsvermənin qeyri-rəsmi nəticələrinə əsasən, indiyədək sayılmış bülletenlərin 90 faizinə əsasən o, seçicilərin 39 faiz səsini toplayıb.

Məlumatlara görə, Duterte 5 milyon səs çoxluğu ilə əsas rəqibi, 58 yaşlı Manuel Roxası qabaqlayıb.

Liberal partiyanın lideri olmuş Manuel Roxas prezident Beniqno Akinonun yaxın silahdaşıdır. O, prezident seçiləcəyi təqdirdə ölkədə bir sıra islahatlar keçirəcəyini vəd vermişdi. 

Son xəbərlər

Orphus sistemi