Filippində zavodda baş verən yanğında 100-dən çox insan xəsarət alıb

Filippində zavodda baş verən yanğında 100-dən çox insan xəsarət alıb Üç nəfər itkin düşüb
Digər ölkələr
2 Fevral , 2017 11:38
Filippində zavodda baş verən yanğında 100-dən çox insan xəsarət alıb

Bakı. 2 fevral. REPORT.AZ/ Filippinin paytaxtı Manilanın cənubunda yerləşən böyük zavodda baş verən yanğın zamanı 100-dən çox işçi xəsarət alıb, üç nəfər isə itkin düşüb.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Hadisə "House Technology Industries" şirkətinin zavodundakı üçmərtəbəli binada olub. Yanğının başlamasından 18 saat sonra yanğınsöndürənlər onu nəzarət altına almağı bacarıb. Amma yanğını tam söndürmək hələ mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi