Yuxarı

Filippində torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub

Filippində torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Filippinin Kordilyer inzibati regionunda "Manqhut" qasırğasının səbəb olduğu torpaq sürüşməsi nəticəsində 30 şaxtaçı həlak olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, xilasedicilər ölkənin şimalındakı Benqet vilayətində bağlı qalmış tuneldən 30 mədənçinin cəsədini çıxarıblar.

Torpaq sürüşməsi nəticəsində həmçinin daha 13 nəfər itkin düşüb. Hazırda həmin şaxtaçıların axtarışı əməliyyatı davam edir.

Bununla da "Manqhut" qasırğası qurbanlarının sayı 59 nəfərə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi