Yuxarı

Filippində ticarət mərkəzi yaxınlığında partlayış baş verib, 2 nəfər ölüb

Filippində Ticarət mərkəzi yaxınlığında partlayış baş verib
Hadisə baş verən zaman binada Yeni il bazarlığı edən yüzlərlə insan olub

Bakı. 31 dekabr. REPORT.AZ/ Filippinin cənubundakı Kotabato şəhərindəki Ticarət mərkəzi yaxınlığında baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "CNN" telekanalı xəbər verir.

"Mindanao Examiner" nəşrinin yaydığı məlumata görə, "South Seas Mall" ticarət mərkəzi yaxınlığında dayanmış mototaksi partlayıb. Hadisə zamanı binada Yeni İl bazarlığı edən yüzlərlə insan olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. 

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin səbələrini araşdırır. Hələ ki, heç bir terrorçu qruplaşma partlayışa görə məsuliyyəti üzərinə götürməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi