Bakı. 11 mart. REPORT.AZ/ Filippində ordu ilə islamçı sayılan "Banqsamoro" silahlıları arasındakı qarşıdurma nəticəsində azı 25 nəfər ölüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Filippin silahlı qüvvələrinin təmsilçisi polkovnik - leytenant Harold Kabunok bildirib.
Məlumata əsasən, ölənlərin ikisi hökumət qoşununun hərbçisi, 23-ü isə qiyamçıdır.
Xəbərə görə, silahlı toqquşma ölkənin Maqindanao əyalətində baş verib.
Xatırladaq ki, hökumətlə qiyamçılar arasında münaqişə 40 ilə yaxındır davam edir.