Filippində qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb

Filippində qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb 800 minə yaxın adam evakuasiya edilib
Digər ölkələr
17 Dekabr , 2015 17:58
Filippində qasırğa qurbanlarının sayı 20 nəfərə çatıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Filippini cənginə alan "Melor" qasırğası irimiqyaslı daşqınlara səbəb olub. "Report" AFP-yə istinadən xəbər verir ki, qasırğa qurbanlarının sayı artıq 20 nəfərə çatıb.

Bazar ertəsi Filippin hökuməti ölkənin şərq sahillərində ən yüksək təhlükə səviyyəsində fırtına xəbərdarlığı elan edib, 800 minə yaxın adam evakuasiya edilib.

Ölkənin Dövlət Meteorologiya Xidmətinin məlumatına görə, "Melor" qasırğası Filippini tərk edib və özündən sonra ölkənin şimalında su altında qalmış əkinçilik sahələri buraxıb. Hazırda tayfun qasırğası Cənubi Çin dənizində irəliləyir.

Son xəbərlər

Orphus sistemi