Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər

Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər Hələlik hüquq-mühafizə orqanları yaralananlar və ya ölənlərin olub-olmaması barəsində ətraflı məlumat vermir
Digər ölkələr
21 İyun , 2017 07:24
Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər

Bakı. 21 iyun. REPORT.AZ/ Filippində İŞİD-lə əlaqəsi olan yaraqlılar məktəbə hücum ediblər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda baş verib.

Hələlik hüquq-mühafizə orqanları hücum zamanı yaralananlar və ya ölənlərin olub-olmaması barəsində ətraflı məlumat verməyib. 

Bundan əvvəl isə məlum olub ki, ABŞ-ın xüsusi təyinatlıları Filippinin silahlı qüvvələrinə İŞİD-lə əlaqəsi olan silahlıların ələ keçirdiyi Maravi şəhərini azad etməyə kömək edib. Filippinin hökumət qüvvələrinin terrorçularla döyüşü 1 ay davam edib. Bu müddət ərzində 257 terrorçu zərərsizləşdirilib. Eyni zamanda 62 hərbçi və 26 dinc sakin həlak olub.

Son xəbərlər

Orphus sistemi