Yuxarı

Filippində həbsxanaya silahlı hücum olub, 132 dustaq qaçıb

Filippində həbsxanaya silahlı hücum olub, 132 dustaq qaçıb
Atışma zamanı müəssisənin bir əməkdaşı ölüb, digəri yaralanıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Filippinin Kotabato əyalətində bir qrup naməlum şəxsin həbsxanaya silahlı hücumu zamanı ən azı 132 dustaq qaçmağa müvəffəq olub.

"Report" xəbər verir ki, bu barədə həbsxana əməkdaşına istinadən "Sinxua" məlumat yayıb.

Onun məlumatına görə, hücum edən şəxslər mühafizəçilərə atəş açıblar və nəticədə penitensiar müəssisənin bir əməkdaşı ölüb, daha biri yaralanıb.

"Hücum yaxşı planlaşdırılmış olub, qaçanlar mələfədən istifadə ediblər. Hazırda onların axtarışı üzrə əməliyyat aparılır", - deyə agentlik türmə əməkdaşının sözlərini sitat gətirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi