Filippində 5,2 bal gücündə zəlzələ baş verib

Filippində 5,2 bal gücündə zəlzələ baş verib Hələlik tələfat və ya dağıntı barəsində məlumat verilmir
Digər ölkələr
16 Aprel , 2017 09:58
Filippində 5,2 bal gücündə zəlzələ baş verib
Courtesy İmage

Bakı. 16 aprel. REPORT.AZ/ Filippinin cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi ölkənin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 04:46-da Vao şəhərindən 12 kilometr qərbdə, Lanao-del-Sur vilayətində qeydə alınıb. Zəlzələnin episentri 5 kilometr dərinlikdə yerləşib.

Hələlik tələfat və ya dağıntı barəsində məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi