Yuxarı

Filippində atışma zamanı prezidentin mühafizəçisi öldürülüb - YENİLƏNİB

Filippində atışma zamanı prezidentin mühafizəçisi öldürülüb - YENİLƏNİB
Hadisə Malakananq sarayının yaxınlığındakı parkda baş verib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Filippin prezidenti Rodriqo Dutertenin iqamətgahı yaxınlığında baş verən atışma nəticəsində onun mühafizəçilərindən biri ölüb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin təhlükəsizlik xidmətindən məlumat veriblər.

Ölən mühafizəçi qarın nahiyəsindən güllə yarası alıbmış.


***08:24

Filippində naməlum şəxs ölkə prezidenti Rodriqo Dutertenin paytaxt Maniladakı iqamətgahı yaxınlığında insanlara atəş açıb.

"Report" TASS-a istinadən xəbər verir ki, insident Malakananq sarayı yaxınlığında yerləşən parkda baş verib.

Nəticədə bir nəfər yaralanıb. Dövlət başçısı həmin vaxt iqamətgahda olmayıb.

Hazırda asayiş keşikçiləri hadisənin başvermə səbəblərini araşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi