Filippin prezidentinin beş mühafizəçisi silahlılarla toqquşmada xəsarət alıb

Filippin prezidentinin beş mühafizəçisi silahlılarla toqquşmada xəsarət alıb Hücum zamanı ölkə prezidenti ərazidə olmayıb
Digər ölkələr
19 İyul , 2017 11:50
Filippin prezidentinin beş mühafizəçisi silahlılarla toqquşmada xəsarət alıb

Bakı. 19 iyul. REPORT.AZ/ Filippin prezidenti Rodriqo Dutertenin beş mühafizəçisi ölkədə fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin üzvləri ilə atışmada xəsarət alıb.

"Report" CNN televiziyasına istinadən xəbər verir ki, hadisə Mindanao adasında Kotabato əyalətində baş verib.

President mühafizəsinin 10 nümayəndəsi olan iki avtomobil nəzarət-buraxılış məntəqələrinin birində əsgər paltarı geymiş 50 yaraqlı tərəfindən saxlanılıb. Mühafizəçilər silahlı adamların hərbçi olmadıqlarını anlayandan sonra onlara atəş açıblar. Yaraqlıları hökumət qoşunları təqib edir.

Məlumata görə, hücum zamanı ölkə prezidenti regionda olmayıb.

Son xəbərlər

Orphus sistemi