Bakı. 24 may. REPORT.AZ/ Filippin prezidenti Rodriqo Duterte ölkəsinin regionlarından birində İŞİD-ə qarşı aparılan anti-terror əməliyyatı səbəbindən Rusiyaya rəsmi səfərini yarımçıq qoyub.
"Report" xəbər verir ki, Duterte Moskvaya ötən gün gəlib və mayın 26-dək Rusiyada olmağı planlaşdırırdı.
Prezidentin Moskvanı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan dərhal sonra tərk edəcəyi gözlənilir.