Bakı. 23 oktyabr. REPORT.AZ/ Filippin ordusu Maravi şəhərini İŞİD terror qruplaşmasından tam azad edib.
"Report" "CNN Philippines"ə istinadən xəbər verir ki, bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana ASEAN ölkələrinin müdafiə nazirləri rəhbərlərinin toplantısında bildirib.
"Maravidəki hərbi əməliyyatları tamamladığımızı bildirmək istəyirəm", - deyə nazir əlvə edib.
Onun sözlərinə görə, Filippin ordusu oktyabrın 22-də şəhərdəki 30 terrorçunu zərərsizləşdirmək məqəsdilə əməliyyat keçirib. Əməliyyat nəticəsində şəhərdəki bütün girovlar xilas edilib.
CNN-in məlumatına görə, Filippin hökumətinin şəhəri yaraqlılardan tamamilə azad etməsi üçün apardığı əməliyyatlar beş ay davam edib. Bu müddətdə 900-dən çox terrorçu, o cümlədən silahlıların sırasında döyüşən xarici ölkə vətəndaşları və İŞİD terror qruplaşmasının liderləri öldürülüb.