Filip Hammond: "Yekun razılaşma üçün tərəflər çətin qərarlar qəbul etməlidir"

Filip Hammond: "Yekun razılaşma üçün tərəflər çətin qərarlar qəbul etməlidir" Qeyd edək ki, İranın nüvə prqramı ilə bağlı yekun razılaşma sənədi iyunun 30-da imzalanmalı idi
Digər ölkələr
7 İyul , 2015 22:28
Filip Hammond: Yekun razılaşma üçün tərəflər çətin qərarlar qəbul etməlidir

Bakı. 7 iyul. REPORT.AZ/ "Əyər nüvə danışıqlarında yekun razılaşma əldə etmək istəyiriksə, tərəflər çətin qərarlar qəbul etməlidir". "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu İranın atom-nüvə proqramı ilə bağlı müzakirələrin gedişi haqda Vyanada jurnalistlərə məlumat verən Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib.

Britaniyalı nazirin sözlərinə görə, bütün tərəflər yekun sənədin imzalanması üçün siyasi iradə nümayiş etdirir. "Bununla belə bir sıra məsələlərdə ortaq məxrəcə gələ bilməmişik. Ekspertlərin dəstəyi ilə iş davam edir", - deyə Hammond qeyd edib.

İranla “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) arasında aparılan nüvə danışıqlarında yekun razılaşma sənədi iyunun 30-da imzalanmalı idi.

Son xəbərlər

Orphus sistemi