Filadelfiyada atışma nəticəsində 6 polis zabiti yaralanıb - YENİLƏNİB

Filadelfiyada atışma nəticəsində 6 polis zabiti yaralanıb - YENİLƏNİB Filadelfiyanın şimalında cinayətkarlarla atışma nəticəsində 6 polis zabiti yaralanıb.
Digər ölkələr
15 Avqust , 2019 05:30
Filadelfiyada atışma nəticəsində 6 polis zabiti yaralanıb - YENİLƏNİB

Filadelfiyanın şimalında cinayətkarlarla atışma nəticəsində 6 polis zabiti yaralanıb.

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, onlardan biri başından yaralansa da, heç birinin həyatı üçün təhlükə yoxdur. Hazırda yaralılar xəstəxanaya yerləşdirilib.

Bundan əlavə, daha iki asayiş keşikçisi hadisə yerinə gedərkən yol qəzasında xəsarət alıb.


***01:35

ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində 3 polis əməkdaşı odlu silah yarası alıb.

"Report" "Fox News"a istinadən xəbər verir ki, asayiş keşikçiləri xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, onlardan birinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi