​Ficidə tropik qasırğa nəticəsində 29 nəfər həyatını itirib

​Ficidə tropik qasırğa nəticəsində 29 nəfər həyatını itirib Ölənlərin sayının əhəmiyyətli dərəcədə artma təhlükəsi var
Digər ölkələr
23 Fevral , 2016 02:55
​Ficidə tropik qasırğa nəticəsində 29 nəfər həyatını itirib

Bakı. 23 fevral. REPORT.AZ/ Ötən bazar Ficidə baş verən tropik "Uinston" qasırğası nəticəsində 29 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli hakimiyyət məlumat yayıb.

Məlumata görə, Fici arxipelaqının ayrı-ayrı adalarından itkilər barədə məlumatlar daxil olmaqdadır. Ölənlərin sayının əhəmiyyətli dərəcədə artma təhlükəsi var.

Milli Fövqəladə Vəziyyətlər Mərkəzinin məlumatlarına əsasən, evsiz qalan 8 min ficili sığınacaq və təxliyə mərkəzlərində qalmaqdadırlar.

Son xəbərlər

Orphus sistemi