Ficinin şimal-şərqində - Vanua-Leva adası sahillərində “Robinson” tibbi helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə avqustun 3-də səhər saatlarında olub.
Bildirilib ki, helikopterin göyərtəsində qadın və onun 2 yaşlı uşağı olub. Helikopter onları Lambas şəhərindəki xəstəxanaya təxliyyə etmək tapşırığını yerinə yetirərkən dispetçerlə əlaqəni itirib. Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində qadının meyiti və helikopterin qalıqları tapılıb.
Fici Hərbi Dəniz Donanmasının komandanı, kapitan Xamfri Tavake bildirib ki, itkin düşənlərin axtarışı davam edir.