Argentinanın keçmiş prezidenti Fernando de la Rua 81 yaşında vəfat edib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, sabiq dövlət başçısı iyulun 9-da vəfat edib.
Qeyd edək ki, Fernando de la Rua 1937-ci il sentyabrın 15-də doğulub.
O, 1999-2001-ci illərdə Argentinanın prezidenti olub. 2001-ci ildə ölkədə iqtisadi böhranla əlaqədar keçirilən etiraz aksiyalarının tələbi ilə istefa verib.