Fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma olub, xəsarət alanlar var

Fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma olub, xəsarət alanlar var Bakı. 19 oktyabr. REPORT.AZ/ Qəzza zolağında İsrail hərbçilərilə növbəti toqquşma nəticəsində 52 nəfər fələstinli xəsarət alıb.
Digər ölkələr
19 Oktyabr , 2018 21:07
Fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma olub, xəsarət alanlar var

Bakı. 19 oktyabr. REPORT.AZ/ Qəzza zolağında İsrail hərbçilərilə növbəti toqquşma nəticəsində 52 nəfər fələstinli xəsarət alıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, zərərçəkənlər arasında 70 yaşlı qadın və bir nəfər jurnalist də var.

İsrail ordusunun məlumatına görə, ayırıcı xətt üzərində toplaşaraq qarşı tərəfə yandırıcı maddə dolu şarlar buraxan bir qrup fələstinliyə hava zərbəsi endirilib.

Son xəbərlər

Orphus sistemi