​Fələstində kanadalı nazirə yumurta və ayaqqabı atıblar

​Fələstində kanadalı nazirə yumurta və ayaqqabı atıblar XİN rəhbəri Con Bred regiona beş günlük səfərə gəlib
Digər ölkələr
18 Yanvar , 2015 16:05
​Fələstində kanadalı nazirə yumurta və ayaqqabı atıblar

Bakı. 18 yanvar. REPORT.AZ/ Onlarla fələstinli nümayişçi Kanadanın xarici işlər naziri Con Bredin avtomobil karvanına yumurta və ayaqqabı atıblar.

"Report" BBC-yə istinadən xəbər verir ki, Con Berd Fələstinin baş naziri Riad Malki ilə görüşmək üçün Rəmallaha səfər edib.

FƏTH fəalları Kanadanın israilyönlü mövqe tutması səbəbindən səfəri boykot etməyə çağırıblar.

Kanadalı nazir regionda beş günlük səfərdədir. O Fələstin və İsrailin nümayəndələri ilə görüşlər keçirəcək.

Son xəbərlər

Orphus sistemi