Fələstin rəsmi olaraq İnterpolun üzvü olub

Fələstin rəsmi olaraq İnterpolun üzvü olub İsraildə bu addıma qarşı çıxıblar
Digər ölkələr
27 Sentyabr , 2017 14:53
Fələstin rəsmi olaraq İnterpolun üzvü olub
Euronews

Bakı. 27 sentyabr. REPORT.AZ/ Fələstin dövləti rəsmi olaraq İnterpolun üzvü olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar Təşkilatın Pekində keçirilən Baş Assambleyasında qəbul edilib.

Fələstin üçüncü cəhddə bu uğura nail olub. Bundan əvvəl onun müraciətləri qəbul edilməmişdi.

İsraildə bu addıma qarşı çıxıblar. Yəhudi dövlətinin səlahiyyətliləri Fələstində artıq İsrail siyasətçilərinin həbsinə order alınmasının mümkünlüyündən, müxtəlif növ gizli məlumatların fələstinli ekstremistlərin əlinə düşə biləcəyindən çəkinirlər.

Fələstinlə birlikdə Solomon adaları da İnterpola qəbul edilib.

Son xəbərlər

Orphus sistemi