FED uçot dərəcəsini ciddi şəkildə endirdi

FED uçot dərəcəsini ciddi şəkildə endirdi ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25%-ə qədər endirib.
Digər ölkələr
16 Mart , 2020 01:22
FED uçot dərəcəsini ciddi şəkildə endirdi
0 : 00
0 : 00

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-0,25%-ə qədər endirib.

“Report” xəbər verir ki, bu barədə nizamlayıcının saytında bildirilir. 

Beləcə, FED koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb. "Koronavirusun fəsadları qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır", - deyə nizamlayıcının açıqlamasında bildirilir.

Qeyd edək ki, ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi martın 3-də də uçot dərəcəsinə baxıb. Həmin vaxt FED uçot dərəcəsini 0,5% bənd azaldıb və 1-1,25% səviyyəsində saxlayıb. 

FED daha əvvəl uçot dərəcəsinə yanvarın sonunda baxıb və sabit - 1,5-1,75% səviyyəsində saxlayıb. 

Son xəbərlər

Orphus sistemi