FED uçot dərəcəsini 0-0,25 faiz saxladı

FED uçot dərəcəsini 0-0,25 faiz saxladı ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb.
Digər ölkələr
29 Aprel , 2020 23:22
FED uçot dərəcəsini 0-0,25 faiz saxladı

ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi illik uçot dərəcəsini 0-0,25 faiz saxlayıb.

“Report” xəbər verir ki, bu barədə maliyyə tənzimçisinin rəhbərliyin iclasının nəticəsinə əsasən xəbərində deyilir.

"Davam edən böhran yaxın vaxtlarda iqtisadi fəallığa, məşğulluğa və inflyasiyaya əhəmiyyətli dərəcədə təsir edəcək və bu, orta müddətli perspektivdə iqtisadiyyat üçün əhəmiyyətli riskləri yaradır. Bu hadisələri nəzərə alaraq, komitə federal fondlar üzrə payın məqsədli diapazonunu 0-0,25 faiz səviyyədə saxlamağa qərar verdi", - tənzimləyicinin saytında deyilir.

Xatırladaq ki, FED uçot dərəcəsini martın 16-da 0-0,25%-ə qədər endirib və koronavirusa görə risklərlə mübarizə çərçivəsində uçot dərəcəsini ciddi şəkildə azaldıb. Tənzimləyicinin həmin vaxt yaydığı açıqlamada qeyd edilirdi ki, koronavirusun fəsadları qısamüddətli perspektivdə iqtisadi fəallığa təsir göstərəcək və bu perspektivlər üçün təhlükə yaradır. 

Son xəbərlər

Orphus sistemi