FED il ərzində ikinci dəfə uçot dərəcəsini aşağı salıb

FED il ərzində ikinci dəfə uçot dərəcəsini aşağı salıb ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) il ərzində ikinci dəfə uçot dərəcəsini azaldıb.
Digər ölkələr
18 Sentyabr , 2019 22:07
FED il ərzində ikinci dəfə uçot dərəcəsini aşağı salıb

ABŞ-ın Mərkəzi Bankı funksiyasını həyata keçirən Federal Ehtiyat Sistemi (FED) il ərzində ikinci dəfə uçot dərəcəsini azaldıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Bildirilir ki, tənzimləyici sentyabrın 17-18-də keçirilən iclasın nəticəsinə əsasən illik baza faiz dərəcəsini 2-2,5 faizdən 1,75-2 faizə salıb. 

Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb. FED bir qədər əvvəl də uçot dərəcəsini 0,25 faiz azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib. 

Faiz azalması ABŞ prezidenti Donald Trampın uçot dərəcəsinin yüksək olması ilə bağlı tənqidləri fonunda baş verib. C.Pauel isə FED-in qərarlarının siyasi xarakter daşımadığını bildirib. 

Son xəbərlər

Orphus sistemi