Parisdə keçirilən aksiyalarda 81 nəfər həbs edilib, yüzlərlə saxlanılan var - YENİLƏNİB-2 - FOTO

Parisdə keçirilən aksiyalarda 81 nəfər həbs edilib, yüzlərlə saxlanılan var - YENİLƏNİB-2 - FOTO Fəallardan bir neçəsi həbs olunub
Digər ölkələr
23 Dekabr , 2018 01:58
Parisdə keçirilən aksiyalarda 81 nəfər həbs edilib, yüzlərlə saxlanılan var - YENİLƏNİB-2 - FOTO

Bakı. 23 dekabr. REPORT.AZ/ Fransada "sarı jiletlilər"in dünən keçirdiyi sayca 6-cı etiraz aksiyasında saxlanılanların sayı 220 nəfərə çatıb.

Bu barədə "Report" "France Info"ya istinadən xəbər verir.

Bildirilir ki, saxlanılanlar arasında "sarı jiletlilər"in liderlərindən olan Erik Drue də var.

Aksiya zamanı 81 nəfər polis tərəfindən həbs edilib.

Daha əvvəl bildirilirdi ki, Parisdə keçirilən etiraz aksiyalarında 142 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etiraz aksiyasını dağıdıblar və narazıları qarşı su nasoslarından istifadə ediblər. 


***22:57

Bakı. 22 dekabr. REPORT.AZ/ Parisdə keçirilən etiraz aksiyalarında 142 nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə BFMTV telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Bildirilir ki, polis aksiyanı su nasosları ilə dağıdıb. "Sarı jiletlilər"in Parisdəki aksiyasında 2 min nəfər iştirak edib. Fəallardan bir neçəsi həbs olunub.

Fransada "sarı jiletlilərin" nümayişləri ötən ayın 17-də başlayıb. Onlar qiymətlərin və vergilərin artırılmasına etiraz edirlər. 


***18:49

Bu gün Fransanın paytaxtı Parisdə keçirilən "sarı jiletlilər"in aksiyasında 30 nəfər saxlanılıb.

Bu barədə "Report" BFMTV telekanalına istinadən xəbər verir.

Bildirilir ki, fəalların 3-ü həbs edilib. Telekanalın məlumatına görə, mitinqdə 800-ə yaxın insan iştirak edib. Aksiyaçıların böyük hissəsi turist zonası olan Monmartr şəhərindəki Sakre-Ker kilsəsinin yaxınlığında toplaşıblar.

Polisdən bildirilib ki, onlar daha izdihamlı aksiyanın Versalda keçiriləcəyini gözləyib. Lakin bunun etirazçıların manevri olduğu üzə çıxıb.

Qeyd edək ki, bu gün Fransada "sarı jiletlilər"in 6-cı aksiyası keçirilib. Aksiya ilə əlaqədar təhlükəsizliyi 4 min asayiş keşikçisi qoruyub. Onlardan 1225 nəfəri Parisdə olub.

Fransada "sarı jiletlilərin" nümayişləri noyabrın 17-də başlayıb. Onlar qiymətlərin və vergilərin artırılmasına etiraz edirlər. 

Son xəbərlər

Orphus sistemi