Stokholmda mehmanxanada bomba aşkarlanıb, saxlanılanlar var

Stokholmda mehmanxanada bomba aşkarlanıb, saxlanılanlar var Bakı. 3 fevral. REPORT.AZ/ İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən mehmanxanalardan birində əldəqayırma partlayıcı qurğu aşkarlanıb.
Digər ölkələr
3 Fevral , 2019 04:24
Stokholmda mehmanxanada bomba aşkarlanıb, saxlanılanlar var

Bakı. 3 fevral. REPORT.AZ/ İsveçin paytaxtı Stokholm şəhərində fəaliyyət göstərən mehmanxanalardan birində əldəqayırma partlayıcı qurğu aşkarlanıb.

Bu barədə "Report" "İzvestiya.ru"ya istinadən xəbər verir. Məlumata görə, faktla bağlı mehmanxanada qalan cütlük saxlanılıb.

Saxlanılanlar 20 yaşlı kişi25 yaşlı qadındır. Onlar daha əvvəl narkotiklərin dövriyyəsi ilə bağlı qanun pozuntusuna görə mühakimə ediliblər.

Saxlanılan qadın iddia edib ki, o, İsveçin böyük mətbu orqanının əməkdaşıdır.

Şübhəli şəxslərin partlayıcı qurğudan hansı məqsədlə istifadə etməyə hazırlaşdıqları hələlik məlum deyil. Onların qaldığı otel otağında həmçinin odlu silah da aşkar edilib. 

Daha əvvəl Stokholmda atışma olub.

Son xəbərlər

Orphus sistemi