"Facebook"un icraçı direktoru Şeril Sendberq sosial şəbəkə rəhbərliyinin ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləni diqqətdən qaçırdıqlarını bildirib.
"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti yazıb.
"Bu, hər kəsin diqqətindən qaçıb", - o deyib.
Ş.Sendberqin sözlərinə görə, "Facebook" 2016-cı ildə haker hücumlarınn qarşısını ala bilərdi.
İcraçı direktor həmçinin etiraf edib ki, sosial şəbəkə "dezinformasiya kampaniyası"nı dayandıra bilməyib.