Yuxarı

Eyfel qülləsinə dırmaşan naməlum şəxs tarixi abidədən düşürdülüb - FOTO - YENİLƏNİB-2

​Eyfel qülləsinə giriş-çıxış dayandırılıb
© Foto: "Report"

Parisin məşhur Eyfel qülləsinə dırmaşan naməlum şəxs tarixi abidədən düşürdülüb.

"Report"un Fransa bürosu xəbər verir ki, xilasedicilər yerli vaxtla saat 15:30-da Eyfel qülləsinə dırmaşan şəxsi 6 saat sonra düşürməyə nail olublar.

Tarixi abidənin ikinci mərtəbəsindən - 115 metr hündürlükdən dırmaşmağa başlayan şəxs qüllənin üçüncü, sonuncu mərtəbəsinə qədər - 324 metrədək qalxmağa nail olub və bundan sonra havadan asılı vəziyyətdə dayanıb. Naməlim şəxsin hansı məqsədlə Eyfel qülləsinə qalxması hələlik məlum deyil.

Qeyd edək ki, bununla bağlı tarixi abidəyə giriş-çıxış dayandırılıb.


***21:15

Bu gün yerli vaxtla saat 15:30-da Parisin Eyfel qülləsinə dırmaşan naməlum şəxsi bu saata qədər oradan düşürmək mümkün olmayıb.

"Report"un Fransa bürosu xəbər verir ki, tarixi tikiliyə dırmaşan şəxs hazırda qüllənin üçüncü mərtəbəsinə çatıb.

Qeyd edək ki, bununla bağlı Eyfel qülləsinə giriş-çıxış dayandırılıb. Qüllənin istismarına məsul olan şirkət SETE bildirib ki, qülləyə dırmaşan şəxs düşürülməyənədək abidə ziyarətçilərin üzünə bağlı qalacaq.


***19:09

Eyfel qülləsinə giriş-çıxış dayandırılıb. 

"Report"un Fransa bürosu xəbər verir ki, buna səbəb naməlum şəxsin tarixi tikiliyə dırmaşmasıdır. 

Qüllənin birinci və ikinci mərtəbəsində, həmçinin ətrafında olan insanlar təxliyyə edilib, yalnız üçüncü mərtəbədə bir neçə turist qalmaqdadır. 

Hazırda polis və xilasedicilər hadisə yerindədir. 

Məlumata görə, Eyfel qülləsinə naməlum şəxsin dırmaşdığı onun ikinci mərtəbədən yuxarıda, təxminən, 115 metr hündürlükdə olarkən bilinib. 

Eyfel qülləsinin istismarına məsul olan şirkətin (SETE) sözçüsü jurnalistlərə deyib ki, tikiliyə dırmaşan naməlum şəxs ikinci mərtəbəyədək hamı kimi lift vasitəsilə çıxıb. Daha sonra icazə verilən həddən kənara çıxdığı zaman həyəcan siqnalı işə düşsə də, ancaq qülləyə çox cəld dırmaşmağa nail oub və onu saxlamaq cəhdləri nəticəsiz qalıb.

Qeyd edək ki, 2015-ci ildə də daha bir naməlum şəxs gecə yarısı yerdən tarixi tikiliyə dırmaşıb. Ancaq polislər onu birinci mərtəbənin yaxınlığında yaxalamağa nail olublar. 1996-cı ildə isə "hörümcək adam" adlanan şəhər alpinisti Alən Rober Eyfelə qanunsuz surətdə dırmaşıb və 45 dəqiqəyə qüllənin başınadək çıxmağa nail olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi