“Exit poll”: Yaponiyada hakim partiya parlament seçkilərində irəlidədir

“Exit poll”: Yaponiyada hakim partiya parlament seçkilərində irəlidədir Hakim liberal-demokratlar parlamentdə 253-300 yerə yiyələnib
Digər ölkələr
22 Oktyabr , 2017 15:39
“Exit poll”: Yaponiyada hakim partiya parlament seçkilərində irəlidədir

Bakı. 22 oktyabr. REPORT.AZ/ Yaponiyanın hakim Liberal-Demokratlar Partiyası və Komeyto Partiyası ölkə parlamentinin Aşağı palatasına keçirilən seçkilərdə qalib gəlib.

“Report” RİA “Novosti”-yə istinadən xəbər verir ki, bu barədə məlumatı seçkilər zamanı keçirilən “exit poll”ların nəticələri göstərib.

Səsvermə ölkəboyu 47700 seçki məntəqəsində, Bakı vaxtı ilə saat 02:00-da başlayıb və saat 15:00-da bitib.

Güclü “Lan” qasırğası yaxınlaşdığından ölkənin cənub və mərkəzi hissələrindəki məntəqələr erkən bağlanıb. Hakim liberal-demokratların parlamentdə 253-300 yerə yiyələndiyi, onların koalisiya tərəfdarları, Komeyto partiyasının 27-36 yer qazandığı, Tokio meri Yuriko Koiker tərəfindən yaradılan Ümid Partiyasının 38-59, Konstitusion-Demokratik Partiyasının isə 44-67 yer qazandığı ehtimal edilir.

Parlamentdəki 465 yer uğrunda 1180 namizəd mübarizə aparıb. Yaponiya tarixində ilk dəfə seçkilərdə 18-20 yaşlı seçicilər də iştirak edib. Bundan əvvəl yaş senzi ən azı 20 yaş olub.

Son xəbərlər

Orphus sistemi