“Exit poll”: Boris Conson Britaniyadakı seçkidə qalib gəlir

“Exit poll”: Boris Conson Britaniyadakı seçkidə qalib gəlir Böyük Britaniya parlamentinin İcmalar Palatası üçün keçirilən növbədənkənar seçkilərdə “exit-poll”un nəticələri açıqlanıb.
Digər ölkələr
13 Dekabr , 2019 02:56
“Exit poll”: Boris Conson Britaniyadakı seçkidə qalib gəlir

Böyük Britaniya parlamentinin İcmalar Palatası üçün keçirilən növbədənkənar seçkilərdə “exit-poll”un nəticələri açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Nəticələrə əsasən, Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası daha çox səs toplayıb.

Nəticələrə görə, mühafizəkarlar 650 yerlik İcmalar Palatasında 368, Leyboristlər 191, Şotlandiya Milli Partiyası 55, Liberal Demokrat Partiyası 13, Pleyd Kamri -3, Yaşıllar Partiyası-1 müstəqil namizədlər isə 19 yer tutacaq.

Əgər “Exit poll”un nəticələri seçkinin rəsmi nəticələri ilə eynilik təşkil etsə mühafizəkarlar öz proqramlarına uyğun olaraq dərhal Avropa Birliyindən çıxmaq haqqında sazişi təsdiqləyəcəklər və 31 yanvar 2020-ci ildə Böyük Britaniya rəsmi şəkildə Avropa İttifaqını tərk edəcək. Keçid dövrü ilin sonunda yekunlaşacaq. 

Son xəbərlər

Orphus sistemi