Boliviyanın keçmiş prezidenti Evo Moralesin göyərtəsində olduğu Meksika Hərbi Hava Qüvvələrinə məxsus təyyarə yanacaq doldurmaq məqsədi ilə Paraqvayın paytaxtı Asunsiona eniş edib.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Meksika KİV-ləri yazır ki, təyyarə Asunsiondan əvvəlcədən planlaşdırıldığı kimi, Mexiko şəhərinə yola düşəcək. Onların iddiasına görə, Paraqvayda dayanma Peru hökumətinin E.Moralesin təyyarəsi üçün hava məkanını bağlamaq qərarı ilə əlaqədardır.
Daha əvvəl eks-prezident ona siyasi sığınacaq verməyə razılaşan Meksikaya uçduğunu açıqlamışdı.
Bununla yanaşı, bu gün Boliviyanın müdafiə naziri Xavyer Savaleta istefa verdiyini açıqlayıb.