Yuxarı

Evo Morales Donald Trampı bəşəriyyət üçün təhlükə adlandırıb

Evo Morales Donald Trampı bəşəriyyət üçün təhlükə adlandırıb
Boliviya prezidenti bu barədə fikirlərini sosial şəbəkədə paylaşıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Boliviya prezidenti Evo Morales amerikalı həmkarı Donald Trampı Yer kürəsi və bəşəriyyət üçü ən pis təhlükə adlandırıb.

"Report" xəbər verir ki, bu barədə o, "Twitter" mikrobloqunda yazıb.

"ABŞ yeni qanunsuz sanksiyaları ilə Venesuelada dialoqu boykot etmək istəyir. Tramp Yer kürəsi və bəşəriyyət üçün ən pis təhlükədir", - deyə prezident qeyd edib.

Bundan əvvəl Tramp bir sıra ölkələrin sakinləri üçün, xüsusilə də ölkəyə girişlə bağlı növbəti məhdudiyyətlərin tətbiq edildiyini bəyan edib. Venesuela, KXDR və Çad vətəndaşları üçün məhdudiyyət oktyabrın 18-dən qüvvəyə minir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi