Everest dağında 4 alpinistin meyiti tapılıb

Everest dağında 4 alpinistin meyiti tapılıb Onların oksigen çatışmazlığından öldüyü ehtimal edilir
Digər ölkələr
24 May , 2017 07:43
Everest dağında 4 alpinistin meyiti tapılıb

Bakı. 24 may. REPORT.AZ/ Everest dağında 4 nəfərin meyiti tapılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Himalayan Times" nəşri yazıb.

Alpinistlər — iki əcnəbi turist, kişi və qadın və iki bələdçi — alpinistlər üçün zirvənin fəthi öncəsi sonuncu olan dördüncü baza düşərgəsinin çadırında aşkar olunublar. Onları bazar günü dağda ölən slovakiyalı Vladimir Ştrobun cəsədini zirvədən endirən "Seven Summit Treks" şirkətinin bələdçiləri aşkar ediblər. Şirkətdə onların oksigen çatışmazlığından öldüyü ehtimal olunur. Alpinistlərlə əlaqə bazar günü kəsilib.

Beləliklə, cari mövsümdə Comolunqmada ölənlərin sayı 9 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi