Sudanda keçirilən etiraz aksiyalarında 22 nəfər həlak olub

Sudanda keçirilən etiraz aksiyalarında 22 nəfər həlak olub Bakı. 23 dekabr. REPORT.AZ/ Sudanda ölkənin iqtisadi vəziyyətinin pisləşməsi əleyhinə keçirilən etiraz aksiyalarında 22 nəfər həlak olub.
Digər ölkələr
23 Dekabr , 2018 02:48
Sudanda keçirilən etiraz aksiyalarında 22 nəfər həlak olub

Bakı. 23 dekabr. REPORT.AZ/ Sudanda ölkənin iqtisadi vəziyyətinin pisləşməsi əleyhinə keçirilən etiraz aksiyalarında 22 nəfər həlak olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin keçmiş baş naziri və hazırkı müxalif "Əl-Umma" Partiyasının lideri Sadık əl-Mehdi Xartumda keçirdiyi mətbuat konfransında bildirib.

Keçmiş baş nazir qeyd edib ki, ölkənin bütün siyasi qüvvələri ilə yeni keçid hökumətinin formalaşdırılması və Nazirlər Kabinetinə bu məsələni təklif etmək barədə məsləhətləşmələr aparıb.

"Əgər hökumət təklifimizlə razılaşsa, vəziyyət normallaşacaq, əks təqdirdə biz ümumi tətil keçirəcəyik", - deyə o əlavə edib.

Müxalif partiyanın lideri konstitusiyaya uyğun olaraq yeni keçid hökumətinin formalaşdırılmasına çağırıb. Sudanda etiraz aksiyaları bir neçə gün bundan əvvəl başlayıb. Buna səbəb çörəyin qiymətinin bahalaşması və yüksək inflyasiyadır. 

Son xəbərlər

Orphus sistemi