Yuxarı

Estoniyada mikroavtobus buzun altına düşüb, azı 3 nəfər ölüb

Nəqliyyat vasitəsi buzun üzərinə çıxan kimi, həmin an suyun altına gedib

Bakı. 7 fevral. REPORT.AZ/ Estoniyada mikroavtobus buzun altına düşüb. Qəza nəticəsində azı üç nəfər ölüb, iki nəfər xilas edilib.

"Report" "Delfi"yə istinadən xəbər verir ki, hadisə fevralın 6-da Rijski körfəzində, sahildən 500 metr aralıda baş verib.

Mikroavtobus Maniya adası istiqamətində hərəkətdə olub. Bildirilir ki, nəqliyyat vasitəsi buzun üzərinə çıxan kimi, əməli olaraq həmin an suyun altına düşüb.

Hadisə yerində dənizin dərinliyi təqribən 4 metr təşkil edir.

Mikroavtobusda 6 nəfər olub, 1 sərnişini tapmaq hələ də, müyəssər olmayıb. Onun axtarışları fevralın 7-də davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi