​Estoniya Rusiya ilə sərhədlərin möhkəmləndirilməsinə əlavə pul ayırıb

​Estoniya Rusiya ilə sərhədlərin möhkəmləndirilməsinə əlavə pul ayırıb Ölkələr arasında dövlət sərhədi 2005-ci ildə razılaşdırılıb
Digər ölkələr
19 Fevral , 2015 15:24
​Estoniya Rusiya ilə sərhədlərin möhkəmləndirilməsinə əlavə pul ayırıb

Bakı.19 fevral. REPORT.AZ/ Estoniya hökuməti Rusiya ilə sərhədlərin möhkəmləndirilməsi üçün əlavə olaraq iki milyon avronun ayrılması haqda qərar qəbul edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Estoniya Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Məlumatda bildirilib ki, hökumət nazirliyin ehtiyatında olan maliyyə vəsaitindən iki milyon avro Rusiya Federasiyası ilə sərhəd zolağının gücləndirilməsi üçün ayrılmasına dair qərar verib.

Bununla da 2015-ci ildə Estoniyanın həmin məqsədlə xərcləyəcəyi maliyyə vəsaitinin həcmi 3,9 milyon avroya çatıb.

İki ölkə arasında sərhədin uzunluğu 136 kilometrdir. Məlumatda bildirilib ki, Estoniya ilə Rusiya arasında sərhədlərin müəyyənləşməsi haqda müqavilə qüvvəyə minməyib. Sənəd ölkələrin parlamentlərində təsdiq mərhələsindədir. Ölkələr arasında dövlət sərhədi 2005-ci ildə razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi