Yuxarı

Estoniya prezidentinin kredit kartı sındırılıb

Estoniya prezidentinin kredit kartı sındırılıb
Bu kartla ümumi məbləği 2,8 min avro olan bir neçə alış həyata keçirilib

Bakı. 2 fevral. REPORT.AZ/ Estoniya Prezidenti Kersti Kalyulaydın xidməti bank kartı dələduz tərəfindən sındırılıb.

Bu barədə "Report" "Postimees" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, prezident dəftərxanası yanvarın 8-də naməlum şəxsin Estoniya dövlət başçısının kredit kartının rekvizitlərini ələ keçirməsi və "Ross Stores" mağazasında bu kartla ümumi məbləği 2,8 min avro olan bir neçə alış həyata keçirməsi barədə məlumat əldə edib.

KİV-in məlumatına görə, Prezidentin İcra Aparatının hadisəyə vaxtında reaksiya verməsi ilə alış əməliyyatları ləğv edilib, kartdan çıxarılmış pullar geri qaytarılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi