Yuxarı

Esseksdə yük avtomobilində tapılan 39 meyitin şəxsiyyəti müəyyənləşib

​Esseksdə yük avtomobilində tapılan 39 meyitin şəxsiyyəti müəyyənləşib

İngiltərənin cənub-şəqrində Esseks qraflığında sənaye parkı ərazisində yük avtomobilində meyiti aşkar edilən 39 Vyetnam vətəndaşının adları məlum olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Esseks qraflığının polis rəisinin köməkçisi Tim Smit bildirib ki, meyiti tapılan Vyetnam vətəndaşlarının şəxsiyyətlərini müəyyən etmək və onların ailələrinə yardım etmək prioritet məsələ idi.

O, qeyd edib ki, dünyasını dəyişən şəxslərin yaxınlarına hadisə barədə məlumat verilib. Ölənlər arasında 24 kişi və 5 qadın, habelə 10 yeniyetmə var.

Hazırda Böyük Britaniya və rəsmi Hanoy arasında meyitlərin Vyetnama qaytarılması barədə müzakirələr aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi