Yuxarı

Əşrəf Qəni: "Əfqanıstanın 9 əyaləti İŞİD silahlılarından azad edilib"

Əşrəf Qəni: "Əfqanıstanın 9 əyaləti İŞİD silahlılarından azad edilib"

Bakı. 1 dekabr. REPORT.AZ/ "Əfqanıstanın 9 əyaləti İŞİD terror təşkilatının silahlılarından azad edilib".

"Report" xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Əşrəf Qəni Bakıda “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində deyib.

O bildirib ki, bu istiqamətdə səyləri artırmaq lazımdır: "Bu, onu göstərir ki, Talibanın gələcəyi yoxdur və məğlub ediləcək."

Əfqanıstan prezidenti ölkəsinin terrorizmlə mübarizə üzrə BMT-nin bütün sənədlərinindəki tələbləri yerinə yetirdiyini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi