​Bəşşar Əsəd və müttəfiqləri Suriyada türkmənlərin yaşadıqları bölgələri bombalayıb

​Bəşşar Əsəd və müttəfiqləri Suriyada türkmənlərin yaşadıqları bölgələri bombalayıb Ömər Abdullah deyib ki, əks tərəfdəki hərbçilər rus və farsca danışırdılar
Digər ölkələr
20 Noyabr , 2015 09:56
​Bəşşar Əsəd və müttəfiqləri Suriyada türkmənlərin yaşadıqları bölgələri bombalayıb

Bakı. 20 noyabr. REPORT.AZ/ Bəşşar Əsədə bağlı güclər və onun müttəfiqləri gecə saatlarında türkmənlərin Suriyadakı Türkmən dağı, Bayırbucaq və başqa bölgələrini bombalayıblar. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bombalanma nəticəsində ölən və yaralananlar var, yeni qaçqın köçü başlayıb.

Məlumata görə, Sultan Əbdülhəmid briqadasının komandiri Ömər Abdullah bildirib ki, gecə saatlarında şiddətli atışma olub: "Təyyarələr, raketlər və tanklarla türkmənlərin yaşadığı yerlər bombalanıb".

Onun sözlərinə görə, Əsəd silahlıları və onun müttəfiqləri bölgədə qurudan əməliyyata başlayarsa o zaman dinc türkmən əhalisinin vəziyyəti daha ağır olacaq.

Ömər Abdullah deyib ki, əks tərəfdəki hərbçilərin rus və farsca danışdıqlarını da eşidib.

Suriyadakı türkmənlərin çeşidli ictimai təşkilatlarının təmsilçiləri isə bildiriblər ki, türkmənlərin yaşadığı bölgələrin müxtəlif silahlı qruplaşmalar tərəfindən bombalanması və atəşə tutulması nəticəsində dinc əhali arasında ölən və yaralananların sayı artmaqdadır. 

Son xəbərlər

Orphus sistemi