​Ermənistanda saxlanılan general və iki polkovniki 8 ilədək həbs cəzası gözləyir

​Ermənistanda saxlanılan general və iki polkovniki 8 ilədək həbs cəzası gözləyir Onlar səhlənkarlıq və hakimiyyətdən sui-istifadədə ittiham olunurlar
Digər ölkələr
31 May , 2016 22:11
​Ermənistanda saxlanılan general və iki polkovniki 8 ilədək həbs cəzası gözləyir

Bakı. 31 may. REPORT.AZ/ Ermənistanın İstintaq Komitəsi ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin saxlanılmasına dair iş üzrə təfərrüatları açıqlayıb.

“Report” xəbər verir ki, hərbçilər səhlənkarlıq və hakimiyyətdən sui-istifadədə ittiham olunurlar və onlar 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Silah İdarəsinin sabiq rəisi general-mayor Melsik Çilinqaryan və həmin idarənin Avtonəqliyyat Xidmətinin sabiq rəisi polkovnik Armen Sarkisyan saxlanılıb.

Bundan əlavə Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat Departamentinin Kimyəvi, mühəndis və kəşfiyyat vasitələri ilə təminat şöbəsinin rəisi polkovnik Mqer Papyan da saxlanılıb.

İlkin istintaq işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi