Ermənilər patriarx seçkilərində saxtakarlıq edən Aram Ateşyana qarşı aksiyaya başlayıblar

Ermənilər patriarx seçkilərində saxtakarlıq edən Aram Ateşyana qarşı aksiyaya başlayıblar Aksiyaçılar Ateşyanın kilsədən əl çəkməsini, bütün mənəvi adlardan məhrum olunmasını tələb edirlər
Digər ölkələr
13 May , 2017 08:05
Ermənilər patriarx seçkilərində saxtakarlıq edən Aram Ateşyana qarşı aksiyaya başlayıblar

Bakı. 13 may. REPORT.AZ/ İstanbulda yaşayan ermənilər patriarxın müavini Aram Ateşyana qarşı "change.org"da imzatoplama kampaniyasına başlayıblar.

"Report"un məlumatına görə, bu barədə "News.am" xəbər verib.

Xəbərdə bildirilir ki, buna səbəb onun apostol kilsəsinin patriarxı seçkilərində qeyri-sağlam mühit yaratmasıdır.

İmzatoplama aksiyasının iştirakçıları Ateşyanın kilsədən əl çəkməsini və onun bütün mənəvi adlardan məhrum olunmasını tələb edirlər.

Son xəbərlər

Orphus sistemi