Ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc həlak olub

Ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc həlak olub Zərbə nəticəsində daha 1 nəfər xəsarət alıb
Digər ölkələr
18 İyun , 2017 13:00
Ərəb koalisiyasının Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc həlak olub
Courtesy İmage

Bakı. 18 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasına məxsus Hərbi Hava Qüvvələrinin Yəmənin şimalındakı Saad vilayətinə endirdiyi hava zərbəsi nəticəsində 24 dinc sakin ölüb.

"Report" xəbər verir ki, bu barədə "TASS" "Saba" agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günü axşam baş verib. Zərbə krallıqla sərhəddəki Şad ərazisindəki Əl-Maşnak bazarına endirilib. Zərbə nəticəsində daha 1 nəfər xəsarət alıb.

Qeyd edək ki, Yəməndə vətəndaş qarşıdurması 2014-cü ilin avqustundan davam edir. Belə ki, artıq 3 ilə yaxındır hökumət qüvvələri ilə qiyamçı husilər arasındakı silahlı toqquşmalar səngimir. 

Son xəbərlər

Orphus sistemi