Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə hücuma keçib

Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə hücuma keçib Əməliyyatın məqsədi şəhəri üsyaçılarından azad etməkdir
Digər ölkələr
13 İyun , 2018 07:52
Ərəb koalisiyası Yəmənin Hudeyda şəhərinə hücuma keçib

Bakı. 13 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri çərşənbə günü Yəmənin Qırmızı dəniz sahillərində yerləşən Hudeyda liman şəhərinə hücuma keçib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Press TV telekanalı məlumat yayıb.

Bildirilir ki, əməliyyatın məqsədi şəhəri "Ənsar Allah" hərəkatının üsyaçılarından (Husilər) azad etməkdir.

Qiymətləndirmələrə görə, şəhərdə azı 600 min insan yaşayır.

Son xəbərlər

Orphus sistemi