Yuxarı
    Bağlamaq

    Ərəb koalisiyası Yəməndə radio binasını bombalayıb, ölənlər var

    Bakı. 16 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin qərbində yerləşən Hodeyda şəhərində radiostansiya binasına endirdiyi hava zərbələri nəticəsində 4 nəfər həyatını itirib.

    “Report” xəbər verir ki, bu barədə yerli "Al-Masira" telekanalı məlumat yayıb.

    Bildirilir ki, ölənlərdən üçü mühafizəçi, biri isə radio əməkdaşıdır. Məlumata görə, koalisiya təyyarələri bina ətrafında keşik çəkərək "təcili yardım" həkimlərinin binaya yaxınlaşmasına imkan verməyiblər.

    Ərəb koalisiyası Yəmən tərəfinin yaydığı məlumata hələ ki, münasibət bildirməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi