Yuxarı

Ərəb koalisiyası Yəməndə husilərin mövqelərini bombalayıb

​Ərəb koalisiyası Yəməndə husilərin mövqelərini bombalayıb

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Səna şəhərində husilərin mövqelərinə havadan zərbələr endirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, hücuma üsyançılar tərəfindən pilotsuz uçan aparatların saxlanılması üçün istifadə etdikləri iki obyekti məruz qalıb.

Yəməndə müharibə 2014-cü ilin avqustundan davam edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi