Ərəb koalisiyası Hudeydada 150 husinin öldürüldüyünü açıqlayıb

Ərəb koalisiyası Hudeydada 150 husinin öldürüldüyünü açıqlayıb Bakı. 31 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin Hudeyda əyalətinə endirdiyi hava zərbələri nəticəsində Ənsar Allah qruplaşmasının 150 üzvü zərərsizləşdirilib.
Digər ölkələr
31 Oktyabr , 2018 00:25
Ərəb koalisiyası Hudeydada 150 husinin öldürüldüyünü açıqlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəmənin Hudeyda əyalətinə endirdiyi hava zərbələri nəticəsində "Ənsar Allah" qruplaşmasının 150 üzvü zərərsizləşdirilib. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu koalisiya qüvvələrinin sözçüsü Türki əl-Maliki bildirib.

Onun sözlərinə görə, üsyançıları məhv edən raket zərbəsi qruplaşmanın təlim-məşq bazasına endirilib. 

Yəmən prezidentini dəstəkləyən ərəb koalisiyası artıq bir neçə aydır Hodeydəni husilərdən geri almağa çalışır. Burada üsyançıların strateji cəhətdən zəruri olan limanı var. Lakin hökumətyönlü qoşunlar şəhərə nəzarəti ələ ala bilmir.

Son xəbərlər

Orphus sistemi